Hazardın seçimi bəlli oldu: Messi yoxsa Ronaldo sualına cavab
“Real Madrid” klubunun sabiq vingeri Eden Hazard Lionel Messi və Kriştianu Ronaldo barədə fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, o, bu barədə RTBF nəşrinə danışıb.
Hazard bildirib ki, o, həmişə bu müqayisədə Messini seçib.
“Mən həmişə Messini seçmişəm, çünki onun təcəssüm etdirdiyi futbol mənim sevdiyim futbol növüdür. “Real” azarkeşi olduğum üçün Ronaldonu da deyə bilərdim. Amma Kriştianu daha çox möhtəşəm bombardir və inanılmaz atletdir. Messinin futbolu isə mənim zövqümə daha yaxındır.
Ona qarşı oynayanda bir anda sadəcə “vau” deyirsən. Onun oyununu demək olar ki, 20 il canlı izləyə bildiyimiz dövrdə doğulduğumuz üçün şanslıyıq”, – deyə Hazard bildirib.
Namiq HUN