Hakimidən gözlənilməz addım: Kubokdan imtina!

İdman

21.03.2026 09:19

“Pari Sen-Jermen” və Mərakeş millisinin futbolçusu Əşrəf Hakimi Afrika Millətlər Kuboku 2025-dən sonra ona təqdim olunan kubokdan imtina edib.

TodayPress TV xəbər verir ki, Hakimi bu barədə “Аkelicious” nəşrinə danışıb.

“Anam mənə dedi ki, kubokdan imtina edim. Mən rəsmi şəkildə bu mükafatdan imtina edirəm və ümid edirəm ki, komanda yoldaşlarım da eyni addımı atacaq. Qalib gəlmək şansımız var idi, amma bunu qaçırdıq. Futbol belədir: bəzən qazanırsan, bəzən uduzursan. Mən Afrika Futbol Konfederasiyasının qərarına hörmət edirəm, amma rəsmi olaraq kubokdan imtina edirəm. Mən Afrika Millətlər Kuboku – 2025-i qazanmadım. Bir daha Seneqalı təbrik edirəm”, – deyə o bildirib.

Qeyd edək ki, Afrika Futbol Konfederasiyası Mərakeşin apellyasiyasını təmin edib və finalda Seneqal millisinə 0:3 hesablı texniki məğlubiyyət verib. Buna səbəb 90+8-ci dəqiqədə Brahim Diaza qarşı qayda pozuntusuna görə hakimin penalti qərarından sonra komandanın meydanı tərk etməsi olub. Görüş 13 dəqiqəlik fasilədən sonra bərpa olunub və əlavə vaxtda Seneqal millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Namiq HUN

TodayPress TV

tag: Pari Sen-Jermen,Əşrəf Hakimi,Afrika Millətlər Kuboku,Mükafat ,Todaypress.tv,