Güləşçilərimiz Antalyada rəqiblərinə dərs keçdi
Türkiyənin Antalya şəhərində güləş üzrə “Zəfər kuboku” davam edir.
TodayPress TV xəbər verir ki, U-17 yaş qrupu üzrə keçirilən ənənəvi turnirin ikinci günündə 6 güləşçimiz fəxri kürsüyə yüksəlib.
Yunan-Roma güləşində Ömər Salmanovla (48 kq) Qurban Məcnunov (55 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq turnirin qızıl medallarına sahibi çıxıblar. Yusif Mirzəyev (48 kq) isə gümüş medalı boynundan asıb.
Sərbəst güləşçilərin turnirində Hüseyn Rzazadə (48 kq) gümüş, Abbas Şəfiyev (55 kq) və Elgün Kərimli (92 kq) isə bürünc medal qazanıblar.
Namiq HUN