Gözlənilməz nəticə: “Kəpəz” “Qarabağ”a qalib gəldi

Gözlənilməz nəticə: “Kəpəz” “Qarabağ”a qalib gəldi
20.03.2026 17:24 İdman

Azərbaycan Premyer Liqası-nda XXV tur davam edir.

TodayPress TV xəbər verir ki, turun üçüncü oyun günü “Kəpəz” – “Qarabağ”  matçı ilə start götürüb.

Yevlax şəhər stadionunda keçirilən qarşılaşmada Gəncə təmsilçisi qələbə qazanıb. Oyunun 45-ci dəqiqəsində Fərid Nəbiyev “Kəpəz”in yeganə və qələbə qolunu vurub.

Xatırladaq ki, bu komandalar arasında birinci dövrədə keçirilən oyunda “Qarabağ”, ikinci dövrədə isə “Kəpəz” qalib gəlmişdi.

Qeyd edək ki, turun digər qarşılaşmasında “Neftçi” “İmişli” komandasını qəbul edəcək. Matç saat 19:15-də başlayacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər