Futbolda qalmaqal: “məşqçi-işka” sözünün səbəbi
İdman
04.05.2026 14:05
Artyom Dzyuba illər əvvəl Unai Emeri barədə işlətdiyi qalmaqallı “məşqçi-işka” ifadəsinin səbəbini izah edib.
TodayPress TV xəbər verir ki, hadisə 2012-ci ildə Moskvanın “Spartak” və “Dinamo” komandaları arasında keçirilən və birincilərin 1:5 hesablı məğlubiyyəti ilə nəticələnən oyundan sonra baş verib.
Həmin vaxt Dzyuba “qırmızı-ağlar”ın heyətində çıxış edir, Emeri isə komandanın baş məşqçisi idi.
Hücumçu bildirib ki, bu sözləri emosiyaların təsiri altında deyib:
“Bu, sırf emosiyadan irəli gəlirdi. Oyunda 0:5 uduzurduq. Fasilədə mənə dedi ki, çıx və oyunu dəyiş. Meydana çıxdım, qol vurdum və bir neçə epizod oldu. Amma sonra paltardəyişmə otağında dedi ki, “uşaqlar, hər şey yaxşıdır, siz əlasınız”. O an hamı əsəbiləşdi – “nə yaxşı?” deyə reaksiya verdilər. Mübahisə başladı və mən də emosiyalarımı cilovlaya bilmədim”.
Dzyuba qeyd edib ki, həmin vaxt məşqçi dəyişikliyi ilə bağlı şayiələr dolaşsa da, özü bu barədə dəqiq məlumata malik olmayıb.
Namiq HUN
tag: Artyom Dzyuba,məşqçi-işka,Unai Emeri,Spartak,Dinamo,Todaypress.tv,
