Futbol dünyasında yeni kral? Lizarazyudan böyük sözlər!

İdman

05.05.2026 13:03

Futbol üzrə Fransa yığma komandasının heyətində dünya çempionu olmuş Biksant Lizarazyu “Bavariya”nın hücumçusu Maykl Oliseni “Qızıl top” mükafatına əsas namizədlərdən biri kimi dəyərləndirib.

TodayPress TV xəbər verir ki, bu barədə Goal nəşri məlumat yayıb. 

Lizarazyu futbolçunun xüsusilə vacib oyunlarda yüksək səviyyə nümayiş etdirdiyini vurğulayıb:

“Olise inanılmaz səviyyədə oynayır və bunu “Real”a qarşı matçda və PSJ ilə görüşdə göstərdi. Dünyanın ən yaxşı oyunçusu olmaq üçün ən nüfuzlu titulları qazanmaq lazımdır. Bununla yanaşı, onun Fransa yığma komandasının heyətində dünya çempionatında necə çıxış edəcəyi də vacib olacaq.

Hazırda o, mənim dünyada ən sevdiyim oyunçudur. Texnikası və yaradıcılığı məni heyran edir - daim yeni həllər tapır və bunu zərif şəkildə edir. Üstəlik, az danışması onu daha sirli edir”.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində “Bavariya” ilə PSJ arasında cavab oyunu mayın 6-da keçiriləcək. İlk qarşılaşmada Paris təmsilçisi 5:4 hesabı ilə qalib gəlib.

Namiq HUN

TodayPress TV

tag: Miaykl Olisen,Biksant Lizarazyu,Bavariya,UEFA,Todaypress.tv,