Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI
PSJ-nin yarımmüdafiəçisi Vitinya Çempionlar Liqasının final matçının ən yaxşı oyunçusu seçilib.
TodayPress TV xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Matç Budapeştdəki "Puşkaş Arena" stadionunda keçirilib. Görüş 1:1 hesabı ilə başa çatıb və PSJ penaltilər seriyasında "Arsenal"ı məğlub edib.
Vitinya oyuna start heyətində başlayıb və əlavə vaxtın 106-cı dəqiqəsində əvəzlənib. Yarımmüdafiəçinin ötürmələrinin dəqiqliyi 97 faiz təşkil edib.