FIFA referisi Çempionlar Liqasının oyununa təyinat aldı

FIFA referisi Çempionlar Liqasının oyununa təyinat aldı
16.09.2025 13:31 İdman

Azərbaycanlı hakim Əliyar Ağayev UEFA Çempionlar Liqasının qrup mərhələsi oyununa təyinat alıb.

TodayPress TV xəbər verir ki, o, sentyabrın 18-də Danimarkada keçiriləcək “Kopenhagen” - “Bayer 04” matçını idarə edəcək.

Əliyar Ağayevə bu işdə laysmanlar - Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Görüşün dördüncü hakimi funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər