Dyurantdan etiraf: NBA tarixində ikinci yer çox çətindir

İdman

31.01.2026 09:32

“Hyuston Rokets”in forvardı və komandanın liderlərindən biri Kevin Dyurant ABŞ Milli Basketbol Assosiasiyası (NBA) tarixində ən çox xal toplayan basketbolçular siyahısında ikinci pilləyə yüksəlmək perspektivləri ilə bağlı fikirlərini bölüşüb. 

TodayPress TV xəbər verir ki, bu halda o, əfsanəvi Kərim Əbdül-Cabbarı geridə qoymuş olacaq.

“Sonuncu dəfə orta hesabla 26 xaldan az topladığım mövsüm “Qolden Steyt”də ilk ilim idi. Qarşıdakı 270 oyunda da ən azı 25 xal səviyyəsini qoruyub saxlaya biləcəyəmmi - buna əmin deyiləm. Bunun mümkünsüz olduğunu demək istəmirəm, amma indi tələb olunan səviyyə getdikcə yüksəlir. Bu cür nailiyyətlər üçün azı 20 il oynamaq və eyni zamanda yüksək formada qalmaq lazımdır.

Mən həmişə liqada 20 ildən çox çıxış etməyi arzulamışam. Əgər belə rəqəmlərə çatmaq mümkün olsa, bu möhtəşəm olar. Amma əsas məqsədim sadəcə NBA-da karyeramı davam etdirməkdir. Qalan hər şey xoş bonus olacaq. Əlbəttə, mən həmişə daha artığını istəmişəm, tarixə düşməyi, böyüklər arasında qalmağı arzulamışam. Lakin səmimi desəm, mənim üçün ən vacibi həmişə sadəcə burada — NBA-da oynamaq olub”, - deyə Dyurant bildirib. 

Namiq HUN

TodayPress TV

tag: Kevin Dyurant,Hyuston Rokets,NBA,Basketbol,Todaypress.tv,