Dünya çempionatı öncəsi ciddi addım – təhlükəsizliyə böyük yatırım!

İdman

30.04.2026 13:30

Kanada hökuməti futbol üzrə dünya çempionatının təhlükəsizliyini təmin etmək məqsədilə əlavə maliyyə ayırmağa qərar verib.

TodayPress TV xəbər verir ki, federal hökumət turnir zamanı təhlükəsizlik tədbirlərinə dəstək üçün 145 milyon Kanada dollarına (təxminən 106 milyon ABŞ dolları) qədər vəsait ayıracaq. 

Bu maliyyə əsasən ev sahibi şəhərlər olan Vankuver və Toronto üçün nəzərdə tutulub.

Qeyd olunur ki, artan xərclər turnirin miqyasının böyüklüyü və çoxsaylı polis qüvvələrinin cəlb olunması ilə bağlıdır. Ayrılan vəsait hüquq-mühafizə orqanlarına potensial təhlükələri izləmək və qarşısını almaq üçün kömək edəcək.

Xatırladaq ki, 2026 FIFA Dünya Çempionatı ilk dəfə olaraq eyni vaxtda üç ölkədə — Kanada, ABŞ və Meksikada keçiriləcək.

Namiq HUN

TodayPress TV

tag: Kanada hökuməti,dünya çempionatı,Vankuver,Toronto,Todaypress.tv,