Dram dolu matç – “Kəpəz” geri dönüşlə qalib gəldi
İdman
02.05.2026 18:00
“Kəpəz” Azərbaycan Premyer Liqasının XXX turunda Yevlax şəhər stadionuda “Sumqayıt”ı qəbul edib.
TodayPress TV xəbər verir ki, ilk hissədə komandalar fərqlənə bilməyiblər.
64-cü dəqiqədə “Kəpəz”in oyunçusu Yusif İmanov avtoqolla “Sumqayıt” klubunu hesabda irəli çıxarıb - 0:1.
“Kəpəz” yalnız matçın 86-cı dəqiqəsində “Sumqayıt”ın qapısına yol tapa bilib. Rauf Hüseynli penaltidən oyunda status-kvonu bərpa edib.
Oyunda hesab bir daha 89-cu dəqiqədə dəyişib. Rauf Hüseynli növbəti penaltini qola çevirərək komandasına 2:1 hesablı qələbə qazandırıb.
Xatırladaq ki, cari mövsüm bu komandaların hər iki oyunu 3:0 hesabı ilə yekunlaşıb. İlk dövrədə “Sumqayıt”, ikinci dövrədə isə “Kəpəz” qələbəni bayram edib.
Namiq HUN
tag: Kəpəz,Sumqayıt,Matç,Azərbaycan Premyer Liqası,Todaypress.tv,
