De Zerbi qərarlıdır: “Tottenhem”dən ayrılmayacağam

De Zerbi qərarlıdır: “Tottenhem”dən ayrılmayacağam
03.04.2026 09:59 İdman

İtaliyalı futbol mütəxəssisi Roberto De Zerbi bildirib ki, növbəti mövsümdə də “Tottenhem” klubunun baş məşqçisi olacaq.

TodayPress TV xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, De Zerbi komandanın Premyer Liqadan düşəcəyi təqdirdə belə postunda qalacağını vəd edib.

O, bu həftə “Tottenhem”lə 5 illik müqavilə imzalayıb. Cari mövsümün sonuna qədər komandanın daha 7 oyunu qalıb və bu matçlarda “mahmızlar” elitada qalmaq üçün mübarizə aparacaq.

De Zerbi həm futbolçularına, həm də özünə inandığını vurğulayıb, lakin növbəti mövsümdə Çempionşipdə işləməyə də psixoloji olaraq hazır olduğunu bildirib.

Baş məşqçi qeyd edib ki, “Tottenhem” onun karyerasında ən böyük sınaqlardan biridir və bu çağırışı qəbul etməyə hazırdır.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər