DÇ-2026: Mərakeş 1/4 finala yüksələn ilk komanda oldu - VİDEO

DÇ-2026: Mərakeş 1/4 finala yüksələn ilk komanda oldu - VİDEO
04.07.2026 23:07 İdman

Futbol üzrə dünya çempionatında Mərakeş Kanadaya qalib gəlib.

TodayPress TV xəbər verir ki, Hyuston stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.

Komandanın heyətində 50 və 82-ci dəqiqələrdə Azzedin Unhai fərqlənməklə dubla imza atıb. Yekun nəticəni isə 90+8-ci dəqiqədə Sufyan Rahimi müəyyənləşdirib.

Cari mundialda ilk 1/4 finalçı olan Mərakeş bu raundda Paraqvay - Fransa cütünün qalibi ilə qarşılaşacaq.

22:50

Futbol üzrə dünya çempionatının Kanada - Mərakeş oyununda ikinci qol vurulub.

TodayPress TV xəbər verir ki, Hyuston stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi hesabdakı üstünlüyünü möhkəmləndirib - 2:0.

82-ci dəqiqədə Azzedin Unhai dubl edib.

22:18

Futbol üzrə dünya çempionatının Kanada - Mərakeş oyununda ilk qol vurulub.

TodayPress TV xəbər verir ki, Hyuston stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi hesabı açıb - 1:0.

50-ci dəqiqədə Azzedin Unhai adını tabloya yazdırıb.

22:14

Futbol üzrə dünya çempionatının Kanada - Mərakeş oyununda ikinci hissə başlayıb.

TodayPress TV xəbər verir ki, Hyuston stadionunda keçirilən 1/8 final mərhələsinin matçında hesab açılmayıb - 0:0.

Qarşılaşmanı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edir.

21:57

Futbol üzrə dünya çempionatının Kanada - Mərakeş oyununda ilk hissə bitib.

TodayPress TV xəbər verir ki, Hyuston stadionunda keçirilən 1/8 final mərhələsinin matçında hesab açılmayıb - 0:0.

Qarşılaşmanı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edir.

21:07

Futbol üzrə dünya çempionatının Kanada - Mərakeş oyunu başlayıb.

TodayPress TV xəbər verir ki, 1/8 final mərhələsinin matçı Hyuston stadionunda keçirilir.

Qarşılaşmanı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edir.

XƏBƏR LENTİ
14 IYUL 2026
Bütün Xəbərlər