DÇ-2026: İngiltərə Qana ilə oyunda xal itirdi

DÇ-2026: İngiltərə Qana ilə oyunda xal itirdi
24.06.2026 02:03 İdman

Futbol üzrə dünya çempionatında İngiltərə Qana ilə qarşılaşıb.

TodayPress TV-nin məlumatına görə, Boston stadionunda keçirilən L qrupunun II turunun matçında hesab açılmayıb - 0:0.

İlk turda Xorvatiyaya 4:2 hesabı ilə qalib gələn avropalılar xallarını 4-ə çatdırıblar. Birinci matçlarında Panama seçməsini məğlub edən (1:0) Qana yığması da eyni xala malikdir.

Qeyd edək ki, bu qrupun digər matçında, saat 03:00-da Panama Xorvatiya ilə qarşılaşacaq.

TodayPress TV

XƏBƏR LENTİ
24 IYUN 2026
Bütün Xəbərlər