DÇ-2026-da futbolçulara böyük güzəşt gözlənilir!
İdman
28.04.2026 10:12
FIFA Şurasının Vankuverdə keçiriləcək iclasında DÇ-2026 ilə bağlı yeni qaydaların müzakirəsi və təsdiqi gözlənilir.
TodayPress TV “The Athletic” nəşrinə istinadən xəbər verir ki, FIFA dünya çempionatı ilə bağlı sarı vərəqə qaydalarında dəyişiklik etməyi planlaşdırır.
Qurum futbolçuların pley-off mərhələsində mübarizəni davam etdirmələri üçün DÇ-2026-nın qrup mərhələsindən sonra bütün sarı vərəqələrin silinməsi variantını nəzərdən keçirir.
Xatırladaq ki, əvvəlki dünya çempionatında sarı vərəqələr yalnız 1/4 final mərhələsindən sonra ləğv edilirdi.
FIFA turnirdə iştirakçı sayının 48 komandaya çatdırılmasını nəzərə alaraq, diskvalifikasiyaların sayını azaltmaq üçün bu qayda dəyişikliyini tətbiq etməyi düşünür.
Namiq HUN
tag: DÇ-2026,FIFA ,Vankuver,pley-off,Futbolçular,Todaypress.tv,
