DÇ-2026: Bosniya və Herseqovina Qətəri məğlub edərək qrup üçüncüsü oldu

DÇ-2026: Bosniya və Herseqovina Qətəri məğlub edərək qrup üçüncüsü oldu
25.06.2026 01:04 İdman

Futbol üzrə dünya çempionatında Bosniya və Herseqovina Qətər millisinə qalib gəlib.

TodayPress TV-nin məlumatına görə, Sietl stadionunda keçirilən B qrupunun III turunun matçında avropalılar 3:1 hesablı qələbəyə seviniblər.

Bosniyalıların heyətində Kerim Alaybeqoviç (29), Sultan Əl-Brake (34-öz qapısına) və Ermin Mahmiç (80) fərqləniblər. Qətərin tək qolu isə Həsən Əl-Heydos (42) aktivinə yazılıb.

Qeyd edək ki, bu qələbə sayəsində Bosniya və Herseqovina B qrupunu 4 xalla üçüncü sırada başa vurub. 1 xala malik Qətər isə mundialla vidalaşıb.

TodayPress TV

XƏBƏR LENTİ
25 IYUN 2026
Bütün Xəbərlər