Dağ xizəyindən fiqurlu konkisürməyə: Azərbaycan Olimpiadada!

İdman

03.02.2026 13:34

Azərbaycan XXV Qış Olimpiya Oyunlarında iki idmançı ilə təmsil olunacaq. 

TodayPress TV xəbər verir ki, Milan və Kortina-d’Ampezzo şəhərlərində keçiriləcək oyunlarda Azərbaycanın şərəfini dağ xizəyində Anastasiya Papatoma, fiqurlu konkisürmədə isə Vladimir Litvintsev qoruyacaq.

Fiqurlu konkisürmə yarışları 6 fevral, dağ xizəyi üzrə turnir isə 7 fevral tarixində başlayacaq. Hər iki idmançı açılış və bağlanış mərasimlərində Azərbaycan bayrağını daşıyacaq.

Azərbaycan nümayəndə heyətinin şef de-missionu Milli Olimpiya Komitəsinin (MOK) Xarici Əlaqələr İdarəsinin müdiri Anar Bağırov olacaq. Nümayəndə heyəti 5 fevral tarixində İtaliyaya yola düşəcək.

XXV Qış Olimpiya Oyunları körlinq yarışları ilə start götürəcək, açılış mərasimi 6 fevral, oyunlar isə 22 fevral tarixində yekunlaşacaq.

Namiq HUN

TodayPress TV

tag: Qış Olimpiya Oyunları,Milan,Azərbaycan,MOK,Todaypress.tv,