Cüdoçularımız Avropa Açıq Turnirinin ilk günündə üç medal qazandılar

Cüdoçularımız Avropa Açıq Turnirinin ilk günündə üç medal qazandılar
27.06.2026 23:19 İdman

Azərbaycanın üç cüdoçusu Çexiyanın paytaxtı Praqada keçirilən Avropa Açıq Turnirinin ilk günündə medal qazanıb.

Bu barədə TodayPress TV-yə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Elşən Əsədov (66 kq) bütün rəqiblərini məğlub edərək turnirin qalibi olub. Bu çəki dərəcəsində Rəşad Yelkiyev gümüş medal qazanıb.

Kamran Süleymanov (73 kq) isə yarışı bürünc medalla başa vurub.

Azərbaycan millisi 1 qızıl, 1 gümüş və 1 bürünc medalla 38 ölkə arasında ümumi komanda hesabında ikinci pillədə qərarlaşıb.

TodayPress TV

XƏBƏR LENTİ
28 IYUN 2026
Bütün Xəbərlər