Con Sina karyerasına son qoydu

İdman

14.12.2025 15:13

Amerikalı güləşçi Con Sina rəsmi olaraq güləş karyerasına son qoyub.

TodayPress TV xəbər verir ki, bu barədə "World Wrestling Entertainment" (WWE) təşkilatının saytı məlumat yayıb.

48 yaşlı Sina Vaşinqtonda keçirilən "WWE Saturday Night’s Main Event XLII" turnirində Qanter ilə qarşılaşaraq boğucu zərbə ilə məğlub olub və güləşdən ayrıldığını elan edib. O, bir il əvvəl təqaüdə çıxacağını açıqlayıb və bu müddət ərzində vida turu keçirib.

Con Sina 1999-cu ildən güləş karyerasına başlayıb, 2002-ci ildən WWE-də çıxış edib və 17 dəfə dünya çempionu olub. O, həmçinin Hollivudda uğurlu aktyor kimi tanınır və “Sürətli və Qəzəbli” franşizasının iki hissəsində, “Atanın Evi”, “Supermen” filmlərində və “Peacemaker” televiziya serialında rol alıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Con Sina,Güləş,Karyera,WWE,Todaypress.tv,