ÇL: "Qarabağ" “Benfika”ya qarşı
Bu gün UEFA Çempionlar Liqasında (ÇL) Liqa mərhələsi start götürəcək.
TodayPress TV xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” klubu da Liqa mərhələsinin ilk oyununa çıxacaq.
Komandamız I turda Portuqaliyanın “Benfika” klubunun qonağı olacaq.
“Köhlən atlar” 8 illik fasilədən sonra bir daha Çempionlar Liqasının əsas mərhələsində top qovacaqlar.
Xatırladaq ki, Ağdam təmsilçisinin ilk çıxışı 2017-ci ildə Avropanın ali klub turnirinin qrup mərhələsində baş tutub.
Belçikalı Erik Lambrextsin idarə edəcəyi “Benfika” – “Qarabağ” matçı Lissabonun “Estadiu da Luş” stadionunda baş tutacaq. Görüşü Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Namiq HUN