Çin təsnifatında rekord: Antonelli F-1-də ən gənc poul sahibidir

Çin təsnifatında rekord: Antonelli F-1-də ən gənc poul sahibidir
14.03.2026 12:48 İdman

Andrea Kimi Antonelli “Mercedes” komandasına Çin Qran-prisinin təsnifat mərhələsində poul qazanaraq “Formula-1” (F-1) tarixində ən gənc sürücü olub.

TodayPress TV xəbər verir ki, o, bu uğura 19 il 201 günündə imza atıb.

Antonelli bu göstərici ilə Sebastian Fettelin rekordunu qırıb. Fettel 2008-ci ildə İtaliya Qran-prisində 21 il 72 günündə poul qazanmışdı. Bu rekord 18 il dəyişilməz qalmışdı.

“Mercedes” sürücüsü Kimi Antonelli F-1-də ikinci mövsümünü keçirir. O, Avstraliya Qran-prisindəki debüt yarışında ikinci olub. 

Lakin, 14 martda Çin sprinti onun üçün uğursuz alınıb. Antonelli ilk dövrədə “Red Bull” pilotu Isak Hacarla toqquşduğu üçün 10 saniyə cərimə alaraq 5-ci nəticəni göstərib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər