Çempionlar Liqasına start verildi: İlk gecənin qalibləri!

Çempionlar Liqasına start verildi: İlk gecənin qalibləri!
09.09.2026 01:20 İdman

UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib.

TodayPress TV xəbər verir ki, ilk oyun günündə 6 matç baş tutub.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

I tur

AEK (Yunanıstan) - LASK (Avstriya) 1:0

"Brügge" (Belçika) - "Aston Villa" (İngiltərə) 2:3

"Borussiya" (Dortmund, Almaniya) - "Vilyarreal" (İspaniya) 3:2

"Portu" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə) 0:2

"Lill" (Fransa) - "Betis" (İspaniya) 2:3

"Real" (İspaniya) - "İnter" (İtaliya) 2:1

Xatırladaq ki, I turun digər oyunları 9-10 sentyabr tarixlərinə baş tutacaq. Azərbaycan təmsilçisi "Sabah" sentyabrın 10-da İngiltərədə "Mançester Yunayted"in qonağı olacaq.

***

UEFA Çempionlar Liqasında 2026-2027 mövsümünə iki oyunla start verilib.

TodayPress TV xəbər verir ki, Liqa mərhələsinin ilk turunda AEK (Yunanıstan) LASK-la (Avstriya), "Brügge" (Belçika) isə "Aston Villa" (İngiltərə) ilə üz-üzə gəlib.

"Brügge" - "Aston Villa" matçında qonaqlar 2:3 hesabı ilə qalib gəliblər. İngiltərə təmsilçisinə qələbə qazandıran qolların müəllifləri Con Makginn (11-ci dəqiqə), Emiliano Buendiya (22) və Nikolas Cekson olublar. Belçika klubundan isə Uqo Vetlesen (19) və Nikolo Trezoldi (61) fərqləniblər.

AEK - LASK qarşılaşmasında isə qalib gələn tərəf meydan sahibləri olublar. Yunanıstan təmsilçisinə üç xalı qazandıran qolun müəllifi Reevan Marin (21) olub.

XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər