Çempiondan çempiona böyük dəstək

Çempiondan çempiona böyük dəstək
24.02.2026 10:39 İdman

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu 41 yaşlı amerikalı dağ xizəkçisi Lindsi Vonnun sosial şəbəkədəki paylaşımına münasibət bildirib. 

TodayPress TV xəbər verir ki, Vonn fevralın 8-də XXV Qış Olimpiya Oyunlarında sürətli eniş yarışı zamanı aldığı ağır zədədən sonra xəstəxanadan buraxıldığını açıqlayıb.

Ronaldu paylaşıma şərh bölümündə münasibət bildirib:

“Çempionları yalnız qələbə anları deyil, təslim olmadıqları anlar müəyyənləşdirir. Lindsi, sənin gücün fəth etdiyin dağlardan daha ucadır. Mübarizəni davam etdir. Əfsanələr hər zaman yenidən doğulur”.

Xatırladaq ki, Vankuver-2010 Olimpiadasının çempionu olan Vonn 2024-cü ilin dekabrında təxminən altı illik fasilədən sonra karyerasını bərpa edib. O, son Qış Olimpiadasında çarpaz bağ zədəsi ilə çıxış edib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər