Ç-2026: Əlcəzair - Avstriya matçında məhsuldar heç-heçə qeydə alındı
Futbol üzrə dünya çempionatında Əlcəzair Avstriya ilə qarşılaşıb.
TodayPress TV -nin məlumatına görə, Kanzas stadionunda baş tutan J qrupunun III turunun matçında məhsuldar heç-heçə qeydə alınıb - 3:3.
Əlcəzairin qollarını Riyad Mahrez (60, 90+3) və Rafik Belqali (45) vurublar. Avropa təmsilçisində isə Marko Arnautoviç (28), Marsel Zabitçer (55) və Saşa Kalaydziç (90+6) dəqiq zərbə müəllifi olublar.
Qrupu ikinci sırada tamamlayan Avstriya 1/16 finalda İspaniya ilə qarşılaşacaq. Ən yaxşı üçüncülər sırasına düşməyi bacaran Əlcəzair isə İsveçrə ilə üz-üzə gələcək.
Qeyd edək ki, bu matçla eyni vaxtda keçirilən İordaniya - Argentina oyunu ilə birlikdə DÇ-2026-nın qrup mərhələsinə yekun vurulub.