“Bristol Siti” Cerrardın ardınca düşdü!
İdman
28.04.2026 12:45
“Bristol Siti” klubu növbəti mövsüm üçün baş məşqçi postuna Stiven Cerrardı gətirmək istəyir.
TodayPress TV xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, “Liverpul”un sabiq futbolçusu İngiltərədə yenidən məşqçiliyə qayıtmağı nəzərdən keçirir. Onun adı daha əvvəl “Börnli” klubu ilə də hallanıb.
Bildirilir ki, 45 yaşlı mütəxəssis Çempionşipdə işləməyə qarşı deyil. O, 2025-ci ildə “Əl-İttifaq”dan ayrıldıqdan sonra işsizdir.
Məlumata əsasən, “Bristol Siti” Cerardı razı salmaq üçün cəlbedici layihə təqdim edib. O, təklifi qəbul edərsə, hazırda komandaya müvəqqəti rəhbərlik edən Roy Hocsonu əvəzləyəcək.
Qeyd edək ki, “Bristol Siti” hazırda Çempionşip turnir cədvəlində 13-cü pillədə qərarlaşıb və Premyer Liqaya yüksəlmək şansını itirib.
Stiven Cerrard daha əvvəl “Reyncers”, “Aston Villa” və “Əl-İttifaq”ı çalışdırıb.
Namiq HUN
tag: “Bristol Siti”,Stiven Cerrard,“Liverpul”, İngiltərə,Todaypress.tv,
