“Bayer 04” əsas futbolçusunu itirdi
“Bayer 04” klubu ciddi itki ilə üzləşib.
TodayPress TV Leverkuzen təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ezekiel Fernandes sıradan çıxıb.
Argentina millisinin dizindən zədələnən dayaq yarımmüdafiəçisi 7-8 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, 23 yaşlı futbolçu cari mövsüm “Bayer 04”ün heyətində 8 rəsmi matçda meydana çıxıb.
Namiq HUN