“Bavariya”nın uğurlu mövsümü Kompaniyə prestijli mükafat gətirdi

İdman

16.12.2025 12:02

“Bavariya” klubunun baş məşqçisi Vensan Kompani ilk dəfə olaraq ilin ən yaxşı belçikalı məşqçisinə verilən Raymon Gutals mükafatına layiq görülüb. 

TodayPress TV Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, o, səsvermədə Niki Hayen (“Brügge”) və Sebastyen Pokonyolini (“Monako”) üstələyib. 

Kompani mükafatla bağlı fikirlərini bölüşüb:

“Bu inanılmaz şərəfdir. Bu mükafat mənim üçün çox böyük məna daşıyır, xüsusilə də onu əvvəllər qazanan adları və mükafatın tarixini görəndə. Raymon Gutals həm belçikalı məşqçilər, həm də dünya üzrə bir çox mütəxəssis üçün hələ də nümunədir”. 

Qeyd edək ki, belçikalı mütəxəssis “Bavariya”ya 2024-cü ilin may ayında qoşulub. 2024/2025 mövsümündə münhenlilər onun rəhbərliyi altında 82 xal toplayaraq Bundesliqanın qalibi olub. Cari mövsümdə isə komanda 14 turdan sonra 38 xalla lideridir.

Namiq HUN

TodayPress TV

tag: Vensan Kompani,Bavariya,Klub,Mükafat,Todaypress.tv,