Azərbaycanlı veloyürüşçü diskvalifikasiya edildi

Azərbaycanlı veloyürüşçü diskvalifikasiya edildi
30.01.2026 02:00 İdman

Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) Azərbaycanı təmsil edən veloyürüşçü Artyom Proskuryakovu antidopinq qaydalarını pozduğuna görə üç il müddətinə diskvalifikasiya edib.

TodayPress TV xəbər verir ki, bu barədə ittifaqın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, idmançının dopinq nümunələrində metamfetamin və onun metabolitlərinin izləri aşkar edilib.

Diskvalifikasiya müddəti 2025-ci il noyabrın 18-dən hesablanır və 2028-ci il noyabrın 17-dək davam edəcək.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər