Azərbaycanlı referi 3 oyuna təyinat aldı

Azərbaycanlı referi 3 oyuna təyinat aldı
13.10.2025 17:10 İdman

FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.

TodayPress TV xəbər verir ki, o, 17 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək 3 oyunda hakimlik edəcək. 

Fəridə Lütfəliyeva oktyabrın 17-də Yunanıstan – Albaniya, 23-də isə Albaniya – İsrail matçlarının baş hakimi olacaq. FIFA referisi oktyabrın 20-də baş tutacaq Estoniya – Albaniya görüşündə ehtiyat hakim funksiyasını yerinə yetirəcək.

Digər azərbaycanlı referi Sevda Nuriyeva isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını icra edəcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər