Azərbaycanlı boksçular Qazaxıstanda rəqiblərinə şans vermədi!

Azərbaycanlı boksçular Qazaxıstanda rəqiblərinə şans vermədi!
10.08.2026 11:33 İdman

Qazaxıstanın Akmola vilayətinin Qorğaljın rayonunda məktəbli boksçular (U-15) arasında beynəlxalq turnir keçirilib.

TodayPress TV xəbər verir ki, 5 ölkənin iştirak etdiyi yarışda Azərbaycan millisi iki idmançı ilə təmsil olunub.

Boksçularımızın hər ikisi turniri qızıl medalla başa vurub. Sərxan Haqverdiyev (70 kq) və Teymur Tanrıverdiyev (+70 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.

Təmsilçilərimiz final görüşlərində yerli idmançılarla qarşılaşıb və hər iki döyüşü vaxtından əvvəl böyük üstünlüklə başa vurublar.

Qeyd edək ki, Azərbaycan millisinin məşqçisi Etibar Abdullayev turnirin ən yaxşı məşqçisi seçilib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
10 AVQUST 2026
Bütün Xəbərlər