Azərbaycan millisi Çexiya toplanışında

Azərbaycan millisi Çexiya toplanışında
08.07.2025 09:10 İdman

Cüdo üzrə gənc qızlardan ibarət Azərbaycan millisi Çexiyanın Nimburk şəhərində keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb.

Bu barədə TodayPress TV-yə Cüdo Federasiyasından məlumat verilib.

Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan toplanışda cüdoçularımıza qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar və gənc qızlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edir.

3 gün davam edəcək təlim-məşq toplanışı gənclər arasında Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər