Azərbaycan millisi 1/4 finalda Polşa ilə üz-üzə gələcək

Azərbaycan millisi 1/4 finalda Polşa ilə üz-üzə gələcək
07.09.2025 09:19 İdman

Azərbaycanın 3x3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Kubokunda növbəti oyununa 7 sentyabr çıxacaq. 

TodayPress TV xəbər verir ki, yığma 1/4 finalda Polşa seçməsi ilə üz-üzə gələcək. 

Qarşılaşma Bakı vaxtı ilə saat 14:25-də start götürəcək. 

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl qrup mərhələsində Fransa (21:16) və Ukraynanı (21:14) üstələmişdi.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər