Azərbaycan Kubokunda yarımfinal həyəcanı başlayır

Azərbaycan Kubokunda yarımfinal həyəcanı başlayır
16.03.2026 13:56 İdman

Futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunlarının vaxtı açıqlanıb.

TodayPress TV xəbər verir ki, bununla bağlı məlumatı Peşəkar Futbol Liqası yayıb.

Proqrama əsasən, yarımfinalın ilk oyunları eyni gündə keçiriləcək. “Turan Tovuz” – “Zirə” və “Qarabağ” – “Sabah” qarşılaşmaları aprelin 3-də baş tutacaq.

Azərbaycan Kuboku

Yarımfinal, ilk oyunlar

3 aprel

17:30

“Turan Tovuz” – “Zirə”

Stadion: Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

20:00

“Qarabağ” – “Sabah” 

Stadion: Tofiq Bəhramov adına Respublika stadionu

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər