Azərbaycan komandası hesabına daha iki medal yazdırdı

İdman

30.04.2026 15:30

Mingəçevirdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən “Prezident Kuboku 2026” beynəlxalq reqatası davam edir.

TodayPress TV xəbər verir ki, Azərbaycan təmsilçiləri turnirdə növbəti uğurlu nəticələrə imza atıblar.

Əlimurad Hacızadə birnəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşdə finiş xəttini ikinci keçərək gümüş medal qazanıb. Bununla da o, yarışda ikinci gümüş medalını əldə edib.

Digər uğura isə Mustafa Vəlizadə – Elmir Tarverdiyev cütlüyü imza atıb. Onlar ikinəfərlik kayak qayığında 500 metr məsafədə ilk üçlüyə düşərək medalçılar sırasında yer alıblar.

Qeyd edək ki, Əlimurad Hacızadə daha əvvəl birnəfərlik kayakda 200 metr məsafəyə yarışda da gümüş medal qazanmışdı.

Namiq HUN

TodayPress TV

tag: Prezident Kuboku 2026,Reqata,Kayak,Yarış,Todaypress.tv,

photo