Azərbaycan klubu ilə danışıqlar nəticəsiz qaldı

Azərbaycan klubu ilə danışıqlar nəticəsiz qaldı
04.01.2026 13:25 İdman

Albaniyanın “Partizani” klubunda çıxış edən Vüsal İsgəndərli gələcək karyerası ilə bağlı qərar verib.

TodayPress TV idmanxeber.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi Azərbaycana qayıtmayacaq. 

İsgəndərli təkliflər almasına baxmayaraq, mövsümün sonuna qədər Albaniyada oynayacaq.

Qeyd edək ki, yarımmüdafiəçi “Karvan-Yevlax” klubunun maraq dairəsində olsa da, transfer baş tutmayıb. Buna səbəb maliyyə şərtləri olub.

Yevlax təmsilçisi Vüsal İsgəndərlini transfer etmək istəsə də, yüksək məbləğdə maaş verə bilmir.

Bu səbəbdən də yarımmüdafiəçi ilə danışqlar baş tutmayıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər