Azərbaycan gimnastlarından Dünya Kubokunda növbəti uğur!

Azərbaycan gimnastlarından Dünya Kubokunda növbəti uğur!
16.03.2026 14:28 İdman

Niderlandın Alkmaar şəhərində keçirilən batut gimnastikası üzrə Dünya Kubokunda gimnastlarımız adlarını turnirin mükafatçıları sırasına yazdırıblar.

TodayPress TV xəbər verir ki, gimnastlarımız batut və ikili mini-batut proqramlarında iştirak edirlər.

Təsnifat mərhələsinin nəticələrinə əsasən sinxron proqramda kişi cütlüyü Hüseyn Abbasov və Maqsud Maqsudov, həmçinin qarışıq sinxron cütlük Selcan Mahsudova və Maqsud Maqsudov final mərhələsinə yüksəliblər.

Həlledici yarışda yüksək nəticə göstərən gimnastlarımızdan kişi cütlüyü Hüseyn Abbasov və Maqsud Maqsudov 51.060 xalla bürünc medalın, qarışıq sinxron cütlük Selcan Mahsudova və Maqsud Maqsudov isə 51.090 xalla gümüş medalın sahibi olublar.

Namiq HUN

TodayPress TV

FOTOLAR

Azərbaycan gimnastlarından Dünya Kubokunda növbəti uğur! — 1
Azərbaycan gimnastlarından Dünya Kubokunda növbəti uğur! — 2
XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər