Azərbaycan cüdoçusu 1/8 finalda rəqibini gözləyir

Azərbaycan cüdoçusu 1/8 finalda rəqibini gözləyir
02.05.2026 11:42 İdman

Tacikistanın paytaxtı Düşənbədə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir. 

TodayPress TV xəbər verir ki, Azərbaycanın daha bir cüdoçusu bu gün tatmiyə çıxacaq. 

Rəşid Məmmədəliyev (73 kq) 1/8 final mərhələsində Binyomin Nazirov (Tacikistan) / Vlad Mitru (Moldova) cütünün qalibi ilə üz-üzə gələcək.

Xatırladaq ki, Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunur. İlk yarış gününü Murad Muradlı (60 kq), İslam Rəhimov və Nizami İmranov (hər ikisi 66 kq) medalsız başa vurublar. 

"Böyük Dəbilqə" mayın 3-də başa çatacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər