Azərbaycan çempionatının autsayderləri xalları bölüşdürdülər
Premyer Liqa VIII turunda daha bir matç keçirilib.
TodayPress TV xəbər verir ki, “Qəbələ” klubu səfərdə “İmişli” ilə üz-üzə gəlib.
Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutan görüşdə 2:2 hesablı heç-heçə qeydə alınıb.
Qeyd edək ki, bu turda “Kəpəz” “Şamaxı”nı (4:1), “Qarabağ” isə “Turan Tovuz”u (2:1) məğlub edib.
VIII tura oktyabrın 19-da yekun vurulacaq.
Namiq HUN