“Atletiko” müdafiəçisinin gedişini açıqladı

“Atletiko” müdafiəçisinin gedişini açıqladı
30.06.2025 15:48 İdman

Madridin “Atletiko” klubu 35 yaşlı ispan müdafiəçi Sesar Aspilikuetanın komandadan ayrıldığını elan edib. 

TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti sosial şəbəkə hesablarında məlumat yayıb.

“Çox sağ ol, Sesar! Klubdakı karyeran boyunca nümayiş etdirdiyin liderlik və sadiqliyə görə minnətdarıq. Qarşıdakı yeni çağırışlarda sənə uğurlar arzulayırıq!”, – deyə klubun paylaşımında bildirilir.

Qeyd edeək ki, Sesar Aspilikueta “Atletiko”ya 2023-cü ildə qoşulub. Ötən müddət ərzində o, komandanın heyətində 53 oyunda iştirak edib, 1 qol vurub və 2 assistlə yadda qalıb. Müdafiəçi daha əvvəl “Çelsi”, “Marsel” və “Osasuna” kimi klublarda da çıxış edib.

Transfermarkt portalı Aspilikuetanın cari bazar dəyərini 1,5 milyon avro olaraq qiymətləndirir.

Namiq HUN

XƏBƏR LENTİ
19 IYUL 2026
Bütün Xəbərlər