“Arsenal”dan iddialı yarımfinal mesajı!
İdman
29.04.2026 09:20
Londonun “Arsenal” klubunun baş məşqçisi Mikel Arteta UEFA Çempionlar Liqasının yarımfinalında Madrid “Atletiko”su ilə oyun öncəsi fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, ispaniyalı mütəxəssis komandasının bütün aspektlərdə daha da güclənməli olduğunu deyib.
“Biz daha yaxşı oynamalıyıq. Daha çox zərbə vurmalıyıq, zərbələrin keyfiyyəti də vacibdir. “Nyukasl”la oyun bunun mümkün olduğuna əla nümunə idi. Biz oyunun bütün aspektlərində inkişaf etmək istəyirik. Eyni zamanda, burada olmaq üçün qeyri-adi olmaq lazımdır. Biz Avropanın ən yaxşı dörd komandası arasındayıq. Təsəvvür edin ki, bu nə qədər çətindir”, – deyə Arteta bildirib.
Qeyd edək ki, bu gün UEFA Çempionlar Liqasının 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsində “Arsenal” doğma meydanda “Atletiko”nu qəbul edəcək.
Namiq HUN
tag: Arsenal,Mikel Arteta,UEFA,Atletiko Madrid,Todaypress.tv,
