"Arsenal" qapıçı İllan Melyeni heyətinə qatıb

"Arsenal" qapıçı İllan Melyeni heyətinə qatıb
09.07.2026 17:49 İdman

İngiltərənin "Arsenal" klubu "Lids"dən ayrılan qapıçı İllan Melyeni heyətinə qatıb.

TodayPress TV xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.

26 yaşlı fransalı futbolçu azad agent kimi "topçular"a keçib.

Onun müqaviləsinin müddəti açıqlanmayıb.

Xatırladaq ki, 2020-ci ildən "Lids"də çıxış edən İllan Melye 215 matçda 286 qol buraxıb, 70 oyunda qapısını toxunulmaz saxlayıb.

TodayPress TV

XƏBƏR LENTİ
09 IYUL 2026
Bütün Xəbərlər