Arauxonun “Liverpul”a keçidi gündəmdə: Flikdən etiraf!

Arauxonun “Liverpul”a keçidi gündəmdə: Flikdən etiraf!
10.08.2026 09:22 İdman

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik müdafiəçi Ronald Arauxonun “Liverpul”a icarəyə keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb.

“Ronald əla insandır və yaxşı futbolçudur. Lakin bizim oyun üslubumuz onun üstünlük verdiyi tərzdən fərqlənir. O, güclü və sürətli futbolçudur. Buna görə çox təəssüflənirəm. Çətin idi və ona istədiyim qədər şans verə bilmədim. Keçmişdə etdiyi səhvlər psixoloji baxımdan ona təsir göstərdi.

Onun xoşbəxt olduğunu gördüm və ona gələcəkdə uğurlar arzulayıram. O, həm əla insan, həm də yaxşı futbolçudur. Bundan əlavə, yaxşı kapitandır. Həyatda dəyişikliklərin olması normaldır”, – deyə Flik bildirib.

Məlumata görə, uruqvaylı müdafiəçinin “Liverpul”a icarəsi bir mövsüm üçün nəzərdə tutulub və müqavilədə onun transfer hüququnun satın alınması ilə bağlı bənd olacaq.

Qeyd edək ki, Arauxo 2018-ci ilin yayından “Barselona”da çıxış edir. O, Kataloniya klubuna “Boston River”dən 1,7 milyon avro qarşılığında transfer olunub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
10 AVQUST 2026
Bütün Xəbərlər