Alonsonun gələcəyi ilə bağlı açıqlama: “O, hələ buna layiqdir”

Alonsonun gələcəyi ilə bağlı açıqlama: “O, hələ buna layiqdir”
10.08.2026 09:59 İdman

“Formula 1”in sabiq pilotu və “Aston Martin”in səfiri Pedro de la Rosa həmyerlisi Fernando Alonsonun Britaniya komandasında çıxışını davam etdirəcəyinə ümid etdiyini bildirib.

TodayPress TV “Daily Express”ə istinadən xəbər verir ki, De la Rosa eyni zamanda Alonsonun komanda yoldaşı Lans Stroll ilə münasibətlərini də yüksək qiymətləndirib.

“Bir dost kimi mən də onun qalmasını istəyirəm. Fernando Lansla komanda yoldaşı kimi əla işləyir. Onlar bir-birlərinə qarşı çox açıqdırlar. Düşünürəm ki, onların münasibəti həqiqətən də xüsusidir. Fernandonun karyerasının sonuna yaxınlaşması, Lansın isə qarşıda uzun karyerasının olması da öz rolunu oynayır.

Fernando artıq nəyisə gizlətməli və ya hansısa hiylələrə əl atmalı olduğu vəziyyətdə deyil. O, sadəcə çox açıqdır. Düşünürəm ki, Lans bunu başa düşür və onlar həqiqətən də çox yaxşı yola gedirlər. Bu isə olduqca vacibdir.

Ümid edirəm ki, o qalacaq. Amma hansı qərarı verməsindən asılı olmayaraq, yenə də mühüm rol oynayacaq. O, bizim üçün çox böyük dəyərdir. Əgər səfir kimi qalarsa, əminəm ki, bu işi məndən daha yaxşı görəcək!

Sadəcə ümid edirəm ki, o, avtoidmanda, “Formula-1”də qalacaq. Çünki burada qalmasa belə, şübhəsiz, başqa çempionatda yarışacaq. “Formula-1”də isə o, hələ də yaxşı nəticə qazanmağa layiqdir. Bundan sonra isə onun getməsinə icazə verəcəyik”, – deyə de la Rosa bildirib.

Namiq HUN

XƏBƏR LENTİ
10 AVQUST 2026
Bütün Xəbərlər