Alman mütəxəssis “Real” mövzusuna aydınlıq gətirdi
İdman
01.05.2026 16:39
Oliver Kan Yürgen Kloppun “Real Madrid”ə rəhbərlik etməsi məsələsinə münasibət bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Sky Sport Germany” məlumat yayıb.
“Bavariya” klubunun keçmiş qolkiperi qeyd edib ki, Klopp daha çox sistem qurmağa və komanda inkişaf etdirməyə üstünlük verən məşqçidir. Kan “Real Madrid”in fərqli struktura malik olduğunu bildirib:
“Yürgen – inkişaf etdirməyi və qurmağı sevən məşqçidir. O, müəyyən sistem əsasında işləyir. “Real” isə tamam başqadır. Bu klub fərdi keyfiyyətləri ilə seçilən superulduzlardan ibarətdir və onlar bəzən tətbiq olunan sistemə uyğunlaşmaq istəmirlər. Biz bunu Xabi Alonso nümunəsində də görmüşük. Burada əsas məsələ məşqçinin nüfuzu, oyunçularla ünsiyyət bacarığı və ulduzlarla işləyə bilməsidir”.
Qeyd edək ki, daha əvvəl “Real Madrid”in hazırda “Red Bull” strukturunda çalışan Kloppla maraqlandığı bildirilirdi.
Namiq HUN
tag: Oliver Kan,Yurgen Klopp,Real Madrid,Klub,Todaypress.tv,
