60 ilin sükutu pozulur: “Real” - “Benfika” yenidən ÇL-də!

İdman

31.01.2026 09:00

Madrid “Real”ının ictimaiyyətlə əlaqələr üzrə direktoru Emilio Butragenyo UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün pley-off mərhələsində “Benfika” ilə yenidən qarşılaşacaqları barədə fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Biz yenidən Lissabonda “Benfika”ya qarşı oynayacağıq. Maraqlıdır ki, son 60 il ərzində aramızda heç bir qarşılaşma olmayıb, indi isə cəmi bir ay ərzində üç oyun keçirəcəyik və bizə müsbət nəticə lazımdır. Biz qələbə üçün oynayacağıq. İlk oyunda qalibiyyətə kökləndiyimizi nümayiş etdirmək vacibdir. İstənilən an oyunun taleyini həll edə bilən hücumçularımızdan istifadə etməliyik. Eyni zamanda etibarlı müdafiə də lazımdır. 

Hazırda bizim məşqlər, zədəlilərin bərpası və istirahət üçün iki həftəmiz var. Bu dövrdən maksimum yararlanmalıyıq. Komanda birliyini qorumaq lazımdır. Zədəlilərin mümkün qədər tez qayıtması vacibdir. Arbeloya üçün bütün heyətin əlçatan olması böyük əhəmiyyət daşıyır”, - deyə Butragenyo bildirib. 

Qeyd edək ki, “Benfika” və “Real” komandaları arasında pley-off oyunları 17 və 25 fevral tarixlərində keçiriləcək.

Xatırladaq ki, Çempionlar Liqasının Liqa mərhələsinin VIII turunda “Real” “Benfika”ya 2:4 hesabı ilə məğlub olub. 

Namiq HUN

TodayPress TV

tag: Real,UEFA,Benfika,ÇL,Todaypress.tv,