37 yaşında tarix yazdı: Levandovski İnzaqinin rekordunu qırdı

İdman

19.03.2026 10:37

“Barselona” klubunun polşalı hücumçusu Robert Levandovski UEFA Çempionlar Liqası tarixində yeni rekord müəyyənləşdirib.

TodayPress TV xəbər verir ki, 37 yaş 209 günlüyündə olan forvard turnir matçında dubl edən ən yaşlı futbolçu olub. 

O, bu göstəricidə Filippo İnzaqinin rekordunu geridə qoyub. İtaliyalı hücumçu 2010-cu ildə “Milan”ın heyətində “Real Madrid”ə qarşı oyunda (37 yaş 86 gün) iki qol vurmuşdu.

Cari mövsümdə Levandovski bütün turnirlərdə 36 oyunda iştirak edib, 16 qol vurub və 3 məhsuldar ötürmə edib.

Qeyd edək ki, 1/8 final mərhələsinin cavab oyununda “Barselona” öz meydanında “Nyukasl Yunayted” üzərində 7:2 hesablı qələbə qazanıb. İki oyunun nəticəsinə əsasən Kataloniya təmsilçisi 1/4 finala yüksəlib və növbəti mərhələdə “Atletiko Madrid” ilə qarşılaşacaq.

Namiq HUN

TodayPress TV

tag: Robert Levandovski,Barselona,UEFA,Dubl,Todaypress.tv,