2026 mundialında oyunun tempini artıracaq yeni qərarlar
İdman
13.03.2026 14:49
FIFA 2026-cı il dünya çempionatında rəsmi olaraq tətbiq ediləcək futbol qaydalarına dəyişiklikləri təsdiqləyib.
TodayPress TV xəbər verir ki, dörd əsas dəyişiklik komandaları daha dinamik oynamağa təşviq etməyə yönəlib.
Sərt əvəzetmə limiti (10 saniyəlik qayda): Əvəzlənən futbolçu 10 saniyə ərzində meydanı tərk etməlidir. Bu müddət aşılarsa, onu əvəz edən oyunçu meydanın kənarında 1 dəqiqə gözləməli olacaq.
Topun oyuna daxil edilməsi üçün 5 saniyəlik qayda: Futbolçulara topu oyuna daxil etmək və ya qapıdan zərbə vurmaq üçün 5 saniyə vaxt veriləcək. Qayda pozularsa, topa sahiblik avtomatik olaraq rəqib komandaya keçəcək.
Tibbi vaxt: Tibbi yardım alan futbolçular meydanı tərk etməlidirlər. Oyun bərpa edildikdən yalnız 1 dəqiqə sonra onların yenidən meydana qayıtmasına icazə veriləcək.
VAR səlahiyyətlərinin genişləndirilməsi: Video köməkçi hakim (VAR) ikinci sarı vərəqə ilə nəticələnən epizodları nəzərdən keçirəcək. Həmçinin künc zərbəsi qərarlarını da yoxlamaq səlahiyyətinə malik olacaq.
Qeyd edək ki, bu islahatların əsas məqsədi oyunun tempini artırmaq və vaxtın qəsdən uzadılması taktikasını minimuma endirməkdir.
Namiq HUN
tag: FİFA,2026,Mundial,Dəyişiklik,Todaypress.tv,
