11 ölkə, yüzlərlə idmançı – Gəncədə böyük yarış!
Yeniyetmə cüdoçular arasında Avropa Kubokunda iştirak edəcək ölkələr məlum olub.
TodayPress TV Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, aprelin 4-5-də Gəncədə təşkil olunacaq turnirdə 11 ölkədən olan idmançılar mübarizə aparacaqlar.
Yarışda Azərbaycanla yanaşı, Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Polşa, Portuqaliya, Tacikistan, Türkiyə və ABŞ cüdoçuları tatami üzərinə çıxacaqlar.
Azərbaycanı Avropa Kubokunda 100-dən çox cüdoçu təmsil edəcək.
Namiq HUN