Zərdabda ağır avtomobil qəzası baş verdi
Zərdabda ağır yol qəzası baş verib.
TodayPress TV xəbər verir ki, hadisə günorta saatlarında Ağcabədi–Zərdab avtomobil yolunda qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində bir nəfər həyatını itirib.
Hadisənin detalları və ölümün səbəbi araşdırmalardan sonra açıqlanacaq.
Jalə Rövşən