Kaliforniyada süni intellekt məktəbdən “qovuldu”
Kaliforniya ştatında dövlət məktəblərində süni intellektin müəllim kimi istifadəsini qadağan edən qanun qəbul edilib.
TodayPress TV xəbər verir ki, qubernator Gevin Nyusom təhsil məcəlləsinə edilən dəyişikliyi imzalayıb. Yeni qanuna əsasən, 2027-ci ildən etibarən dövlət məktəblərində 1-12-ci sinif şagirdlərinə tədris yalnız fiziki şəxslər - müəllimlər tərəfindən aparılacaq. Məktəblərin əməkdaşları və podratçıları mütləq fiziki şəxs olmalıdır.
Qanun süni intellektdən tam imtinanı nəzərdə tutmur. Belə ki, süni intellekt yalnız əlavə tədris vasitəsi, məsələn, repetitor proqramı və ya köməkçi alət kimi istifadə oluna biləcək.